XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 17:44

Qazaxıstanda binada partlayış olub- 3 nəfər ölüb, 8 nəfər dağıntılar altında qalıb

Qazaxıstanın Taraz şəhərində 4 mərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 6 nəfər ağır yaralanıb.

“Report” “Sputnik – Qazaxıstan”a istinadən xəbər verir ki, 8 nəfər isə dağıntılar altında qalıb.

Çoxmənzilli binanın ikinci mərtəbəsində baş verən hadisəyə səbəb kimi qaz sızması göstərilib.

Dağıntılar altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Binanın 100-dən çox sakini təxliyyə olunub.