XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2019 - 19:57

Rusiya və Suriya ABŞ-ı Suriyanı tərk etməyə çağırıb- Bəyanat

Rusiya və Suriya ABŞ-ı Suriyanı tərk etməyə çağırıb.

ONA “EuroNews”-a istinadən xəbər verir ki, bu barədə Rusiya və Suriyanın birgə yaydığı bəyanatda deyilir.

Bəyanatda ABŞ-ın Suriya ərazisində qanunsuz yerləşdiyi qeyd olunur: “Hər iki ölkə ABŞ-ı İordaniya-Suriya sərhədində yerləşən qaçqın düşərgəsindən insanların evakuasiya olunmasına icazə verməsini tələb edir. Biz ABŞ-ı Rükban düşərgəsinin qanunsuz saxlanılan sakinlərini azadlığa buraxmağa çağırırıq”.

Qeyd edək ki, ötən ay ABŞ Suriyanın iki ayrı bölgəsində 400 hərbçi saxlayacağını bəyan etmişdi.