XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2019 - 20:01

NATO-nun baş katibi Gürcüstana gedəcək- Rəsmi səfər

NATO-nun baş katibi Yens Stoltenberq martın ikinci yarısında Gürcüstana səfərə gələcək.

Azərtac xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili söyləyib.

O deyib ki, martın sonlarına yaxın Gürcüstanda NATO-nun genişmiqyaslı hərbi təlimləri keçiriləcək.

Yens Stoltenberqin bu təlimləri izləyəcəyi istisna olunmur.

Hərbi təlimlərdə NATO-ya üzv və tərəfdaş ölkələrin xeyli sayda hərbçisinin iştirakı nəzərdə tutulub.