XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2019 - 20:53

Mövlud Çavuşoğlu:"Kəşmir problemi BMT-nin qərarları çərçivəsində tez bir zamanda həll edilməlidir"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan və Hindistan arasındakı son vəziyyətlə bağlı açıqlama verib.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, nazir tərəfləri soyuqqanlı olmağa çağırıb. “İki qonşu ölkə arasındakı gərginlikdən narahatlıq keçiririk. Tərəflərə soyuqqanlı olmağı təklif edirik. Gərginliyi artıracaq addımlardan geri çəkilmək lazımdır. Gərginliyin əsas səbəbi Kəşmir problemidir. İllərdir həllini gözləyən bu məsələ beynəlxalq hüquq və BMT-nin qərarları çərçivəsində tez bir zamanda həll edilməlidir”, – deyə M.Çavuşoğlu qeyd edib.