XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2019 - 21:15

Ağ Ev:"Donald Trampla Kim Çen In birgə saziş imzalayacaq"

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen In Hanoy sammiti çərçivəsində sabah – fevralın 28-də saziş imzalamaq niyyətindədirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Yerli vaxtla saat 14:05-də imzalanacaq sənədin mahiyyəti açıqlanmır.

Bununla yanaşı, tərəflərin həmin gün 45 dəqiqə ərzində təkbətək görüş keçirəcəkləri də bildirilir.