“Ermənistan hakimiyyəti KİV-ə müharibə elan edərək onları Yerevanın müxtəlif yerlərindəki ofislərindən çıxarır”.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan bildirib.
Onun sözlərinə görə, jurnalistlərin həmin ofislərdən çıxarılması əmrini ölkənin Baş naziri Nikol Paşinyan verib: “Redaksiyaların ofisləri hərraca çıxarılacaq. Bu tədbirdə KİV də iştirak edə bilər. Bu qərar hakimiyyətin həyata keçirdiyi siyasətə tamamilə uyğun gəlir. Onlar KİV-i təhqir edirdilər, hədələyirdilər, tənqid edirdilər. Bu qərar isə ultimatuma daha çox oxşayır. Bu, hakimiyyətin KİV-ə müharibə elan etməsinin göstəricisidir”.
S.Seyranyan bildirib ki, Yerevan meri ilə ofisə dair razılıq əldə edilməsə, onda “Qraparak” qəzetinin baş redaktoru və “Aeli” mətbuat klubu məhkəməyə müraciət edəcək.