XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 11:49

Obama Putinə xəbərdarlıq edib:"Suriyada atəşkəsə hamı əməl etməlidir"

obama-putin

 

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Suriyada atəşkəs ölkədə xaosun dayandırılması üçün ilk addım olmalıdır və buna yalnız prezident Bəşər Əsəd və onun əsas müttəfiqi Rusiya öz vədlərinə əməl edərsə nail olunar.  

 

"Yaxın günlər (Suriyanın taleyi üçün) ağır olacaq, bütün dünya bunu izləyəcək. Daha geniş baxsaq, bu, doğrudan da, bütün tərəflərin danışıqlara hazır olmasını göstərəən test olacaq", – cənab Obama ABŞ Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirib. Fevralın 22-də ABŞ və Rusiya Suriyada hərbi əməliyyatların dayandırılması və planın şərtləri barədə razılığa gəliblər.

 

Razılaşmaya əsasən, hərbi əməliyyatlara fevralın 27-də Dəməşq vaxtı ilə saat 00:00-dan xitam verilməlidir.

 

Bundan sonra Suriya müxalifət koalisiyasının nümayəndələri bəyan ediblər ki, iki həftəlik atəşkəsi dəstəkləyirlər.

 

Eyni zamanda Obama qeyd edib ki, barışıq hərbi əməliyyatların tam dayandırılması demək deyil, çünki bu hal özünü İŞİD adlandıran qruplaşmaya, əl-Nüsrət qrupuna və digər ekstremist qruplara şamil edilmir.

 

Amerika prezidenti vurğulayıb ki, Vaşinqton İŞİD ilə sülh danışıqlarına getmək niyyətində deyil və "cihadçılara bütün cəbhələrdən hücum olacaq".

 

"Biz bu barbar terror təşkilatını məhv edəcəyik", – deyə Obama əlavə edib. O deyib ki, İD "xilafət deyil, cinayətkar toplumdur".

 

Barack Obama da bir daha təkrar edib ki, Dəməşqdə hakimiyyət başında prezident Bəşər Əsəd qalınca Suriyada vətəndaş müharibəsi bitməyəcək.

 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ABŞ, Rusiya, İran və bəzi digər regional dövlətlərlə hələ də "ciddi fikir ayrılıqları" var.

 

“Lakin aydındır ki, rejimin illərlə öz xalqı ilə barbarcasına rəftardan sonra Suriyada çoxları Əsəd getməyincə silahı yerə qoymayacaq”, – Obama deyib.

 

Suriyada beş ildir davam edən müharibədə 250 mindən çox insan həlak olub. 11 milyon adam isə evlərindən didərgin düşüb.

 

BBC