XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 11:10

Donald Tramp və Kim Çen In razılığıa gələ bilmədilər –Hanoy sammiti

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammit məkanını – Hanoyun ən qədim “Sofitel Legend Metropole” hotelini planlaşdırılan vaxtdan daha əvvəl tərk ediblər.

Ölkə liderlərinin erkən ayrılmasının səbəbləri barədə hələlik heç bir informasiya verilmir.

Öz növbəsində, Ağ evin sözçüsü Sara Sanders sammitdə danışıqların daha erkən bitəcəyini və bununla əlaqədar ABŞ Prezidenti Donald Trampın mətbuat konfransının vaxtının dəyişdiyini təsdiqləyib.

Onun sözlərinə görə, daha əvvəldən yerli vaxtla saat 16:00-ya (Bakı vaxtı ilə saat 13:00) təyin olunan D.Trampın mətbuat konfransı saat 14:00-da (Bakı vaxtı ilə saat 11:00) başlayacaq.

Həmçinin qeyd olunub ki, ABŞ Prezidenti və KXDR lideri arasındakı sammitin yekunları üzrə razılaşma əldə olunmayıb. (Report)