XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 18:48

Ermənistanın keçmiş xarici işlər naziri istintaqda dindirilib –Səbəb

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 2008-ci il martın 1-i hadisələri çərçivəsində ifadə verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti bu məsələni şərh etməkdən boyun qaçırıb: “Şərh etmirik”.

Bildirilib ki, martın 1-i hadisəsi çərçivəsində artıq keçmiş prezidentlər Levon Ter-Petrosyan və Serj Sarqsyan artıq ifadə veriblər.

Qeyd edək ki, 1955-ci ildə Suriyanın Hələb şəhərində doğulan Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub.