XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 19:37

Amerika mətbuatı Trampın Kim Çen Inla görüşünü topa tutdu:"O zirvə ABŞ prezidentinə zərbə oldu"

Vyetnamın paytaxtı Hanoy şəhərində ABŞ-la Şimali Koreya arasında keçirilən zirvə görüşü Donald Trampa zərbə oldu.

Bu barədə “The Financial Times” nəşri yazıb.

Dövlət Departamentinin sabiq əməkdaşı Co Yun sammitin uğursuzluğunu ABŞ tərəfindən hazırlıq işlərinin qüsurlu aparılması ilə əlaqələndirib.

“The Washington Post” da sammiti D.Trampın “diplomatik çöküşü” olaraq dəyərləndirib. Bildirilib ki, sammitdə iki ölkə liderlərinin Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı razılığa gələ bilməməsi səbəbindən danışıqlar yarımçıq kəsilib. Kim Çen Inın nüvəsizləməyə hazır olduqlarını, Trampın da sazişin “imzalanmağa hazır” olduğunu bildirməsinə baxmayaraq, daha sonra Şimali Koreya rəhbərinin yalnız bir nüvə obyektinin bağlanması müqabilində ABŞ sanksiyalarını bütövlüklə ləğv etmək şərtini irəli sürməsi üzündən sazişin imzalanmadığı vurğulanır.

Böyük Britaniyanın “The Times” nəşri də Hanoy sammitinin uğursuzluğa düçar olduğunu iddia edib. Sammitin sonunda işgüzar naharın və birgə bəyannamə imzalanması mərasiminin ləğv edilməsini ABŞ Prezidenti Donald Tramp üçün məğlubiyyət olaraq dəyərləndirən yazı müəllifi bundan bir neçə saat əvvəl Konqresdəki dinləmələrdə Trampın keçmiş vəkili Maykl Kohenin ona irqçi, dələduz, yalançı dediyini xatırladır/Report.