“Pakistanla Hindistan arasında gərginliyin azalmasında vasitəçilik etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışacağam”.
Bunu Pakistanın Baş naziri İmran Xan Hindistan məsələsini ölkə parlamentinin iki palatasının üzvləri – deputatlar və senatorlarla müzakirə edərkən bildirib.
“Dostlarımızla əlaqə saxlayıb gərginliyin azaldılmasında vasitəçilik etmələrini istəyəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da bu məsələyə görə əlaqə saxlayacağam”, – deyə İmran Xan vurğulayıb.
O, barış göstəricisi olaraq, əsir götürdükləri hindistanlı pilotu martın 1-də sərbəst buraxacaqlarını da vurğulayıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Maykl Pompeo vasitəçilik etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, fevralın 27-də Pakistan Hindistanın iki təyyarəsini vurub.
Report