“Soçi razılaşmasından irəli gələn öhdəliklərin icrası tam həyata keçirilmir”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Belə desəm, diplomatiya dilinə daha uyğun gələr: razılaşma sonuna qədər icra edilmir”, – deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, İdlibin terrorçulardan təmizlənməsini və bölgədə təhlükəsiz ərazinin yaradılması ilə bağlı Türkiyə və Rusiya arasında Soçi razılaşması mövcuddur/Axar.az.