Venesuela Milli Məclisinin başçısı Xuan Quayido ABŞ-ın növbəti humanitar yardımının Kolumbiyanın sərhəd Kukuta şəhərinə çatdırıldığını bildirib.
Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Bu an ABŞ-ın humanitar yardımının olduğu təyyarə Kukutaya çatır… Biz venesuelalıların ehtiyac duyduğu qida məhsulları və dərmanların idxalı yollarını axtarmağa davam edəcəyik”, – deyə müxalifət lideri “Twitter”də yazıb.
O, həmçinin Amerika hökumətinə minnətdarlığını bildirib. (Report)