XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 10:43

Razılaşmasız bitən Tramp – Kim Çen In zirvəsi:liderlər bu dəfə biri-birini yaxşı tanıdı

ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen In ilə fevralın 28-də Vyetnamda görüşü razılaşmasız bitib. “The Guardian” qəzetinin əməkdaşı Julian Borger yazır ki, tərəflər ilk görüşdə bir-birinin niyyətini yanlış anladığından ikinci sammitin iflası qaçılmaz idi.

Ötən iyunda Sinqapurda ilk görüşdən sonra ABŞ prezidenti Şimali Koreya diktatoru ilə şəxsi bağ yaranmasından dəm vururdu. “Bir-birini sevdik… O, mənə gözəl məktublar yazırdı”, – Tramp deyirdi. Amma Sinqapurda Kim qarşısında konkret təklif qoyulmamışdı. Bəyanatda isə deyilirdi ki, Pxenyan “Koreya yarımadasının nüvə silahlarından tamamilə təmizlənməsinə sadiqdir”. Görünür, Tramp bunu birtərəfli şəkildə nüvə silahlarından əl çəkmək vədi kimi anlayıb, müəllif yazır.

Kim isə öz növbəsində Sinqapur görüşündən sonra Trampın emosional davranışını onu razılaşma əldə etmək üçün canfəşanlığı kimi anlayıb. “Bu tamamilə fərqli yozumlar Hanoyda acı bir şəkildə toqquşdu və iki lider öncədən xəyal etdikləri kimi ideal tərəfdaş olmadıqlarını anladılar”, – məqalədə deyilir.

“Ta əvvəldən bəlli idi ki, nüvə tərksilahının və sanksiyaların yüngülləşdirilməsinin miqyası barədə suallarda ilişib qalacaqlar”, – Birləşmiş Ştatların Şimali Koreya siyasəti üzrə xüsusi təmsilçisi Jozef Yun deyib.

“Həm Kim, həm də Tramp hazırda çox çətin mövqedədirlər. Məncə, Tramp indi anlamalıdır ki, Kim nə qədər məftunedici olsa da, nüvə silahlarından tamamilə əl çəkmək məsələsi mümkün deyil”, – o, sözlərinə əlavə edir.

(Azadlıq radiosu)