XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2019 - 13:17

Pakistanın xarici işlər naziri:“Hindistanla nüvə müharibəsi qarşılıqlı məhvetməyə gətirəcək”

Pakistanla Hindistan arasında nüvə müharibəsi hər iki ölkənin məhvi ilə nəticələnə bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Kureşi CNN telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, İslamabad Hindistanla gərginliyin azaldılması üçün Rusiyanın vasitəçilik təklifinə razıdır.

Qeyd edək ki, fevralın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın iki ölkə arasında münasibətlərin nizamlanması üçün Pakistan və Hindistana danışıqlar meydançası təklif etməyə hazır olduğunu bildirmışdı.