XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 16:50

Aleksandr Lukaşenkodan maraqlı açıqlama:"Seçkilərdə Poroşenko qalib gələcək"

Ukraynada 2019-cu il prezident seçkilərinin qalibi hazırkı dövlət başçısı Petro Poroşenko olacaq.

Bu fikri ictimaiyyət, yerli və xarici KİV nümayəndələri ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O, bununla belə, P.Poroşenkonun Vladimir Zelenski ilə bərabər ikinci tura da çıxaçağını istisna etməyib.

“Bunları mən təxmini deyirəm. Amma bütün variantları götür-qoy edərək Petro Poroşenkonun vəzifədə qalacağını güman edirəm. Əsas odur ki, orada sakitlik olsun, Ukraynada hansısa böyük haqq-hesablara çəkilməyək. Buna heç cür yol vermək olmaz”, – A.Lukaşenko bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.  (Report)