XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 19:05

Pakistan sülhə doğru addım atdı –Əsir pilot xüsusi təyyarə ilə Hindistana göndərilib

Pakistan iki gün əvvəl Kəşmir üzərində vurduqları Hindistana məxsus “MİQ-29” qırıcı təyyarəsinin əsir aldıqları pilotu Əbhinandan Vərthamanı vətəninə qaytarıb.

Hindistanla Pakistan sərhədinin Pəncab sahəsində yerləşən Vəgəh Əttari buraxılış məntəqəsinin Hindistan tərəfində toplaşan yüzlərlə sakin tərəfindən qəhrəman kimi qarşılanan pilotun daha sonra yaxınlıqdakı Əmritsar hava limanından paytaxt Dehiyə xüsusi təyyarə ilə yola salınacağı bildirilir.

Xatırladaq ki, ötən gün Pakistanın Baş naziri İmran Xan “sülh işarəsi” olaraq əsir pilotu azad etməyə hazır olduqlarını açıqlamışdı.