XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 20:20

Lukaşenko Rusiyanı hədələdi:“Əgər bunu eləməsələr bizi itirəcəklər”

 “Əgər Minsk vergi manevrinə görə kompensasiya üzrə Rusiyayla razılaşmasa, onda başqa ölkələrdən neft almağa məcbur olacaq”.

Publika.az xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko jurnalsitlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Belarus noyabrda öz neftayırma zavodlarının müasirləşdirilməsini bitirəcək.

Lukaşenko yanvarda bildirib ki, əgər Moskva Minskə vergi manevri nəticəsində yaranacaq itkiləri kompensasiya etməkdən imtina edərsə, Rusiya Qərb istiqamətində yeganə müttəfiqini itirə bilər. Onun sözlərinə görə, Belarus timsalında müttəfiqin itirilməsi neft sferasında vergi manevri üçün kompensasiya üzrə razılaşmanın olmaması nəticəsində baş verə bilər.

Qeyd edək ki, rəsmi Moskva neft sahəsindəki vergi manevrlərinin keçirilməsinə görə Minskə kompensasiya ödəməkdən imtina edir. Rusiyada neft sahəsində vergi manevri barədə qanun Dövlət Duması tərəfindən 2018-ci ilin yayında qəbul olunub. Qanuna əsasən, 2024-cü ilə qədər neft və qaza qoyulan ekspert rüsumları tədricən ləğv ediləcək, eyni zamanda faydalı qazıntıların hasilatına qoyulan vergi artırılacaq. Buna qədər Belarus Rusiya yanacağını daxili bazar qiymətinə alırdı. Yeni dəyişikliklərdən sonra isə Minsk Rusiya neftini daha baha qiymətə alacaq. Minsk 6 il ərzində öz itkilərini 11 milyard dollar qiymətləndirib.

“Əgər Rusiya rəhbərliyi belə bir yol seçəcəksə, bu, onların seçimidir. Biz onları məcbur edə bilmərik”, – Lukaşenko deyib. Lukaşenko hökuməti neftin çatdırılmasının alternativ variantlarını tapmağa, həmçinin gəlirlərin alternativ mənbələrini axtarmağa çağırıb. Dövlət başçısı xəbərdarlıq edib ki, Belarus vətəndaşları heç bir əlavə yükü hiss etməməlidir.

“Baltikyanı limanlar vasitəsilə neftin alternativ çatdırılmasına nail olmaq lazımdır. Əgər litvalılar razı deyillərsə, latışlarla razılaşmaq və bu nefti almaq lazımdır”, – dövlət başçısı vurğulayıb.