XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2019 - 22:20

Gürcüstandan NATO-ya doğru daha bir addım –İnteqrasiya üzrə dövlət komissiyası yaradıldı

Gürcüstanda NATO-ya inteqrasiya üzrə dövlət komissiyası yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Gürcüstan hökumətinin martın 1-də keçirilən iclasında qəbul edilib. Hökumət administrasiyasından bildiriblər ki, komissiyanın yaradılmasında məqsəd Gürcüstanın NATO-ya siyasi, hüquqi və hərbi sahələr üzrə tam inteqrasiyası prosesində dövlət strukturlarının fəaliyyətinin koordinasiyasının təmin etməkdir. Dövlət komissiyasına Baş nazir Mamuka Baxtadze rəhbərlik edəcək. Komissiyanın üzvləri sırasına Dövlət Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Qüvvələri Baş Qərargahının rəhbərləri daxil olunub.