XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 08:54

ABŞ PKK-nın terrorçu təşkilat statusunu təsdiq edib –BƏYANAT

Birləşmiş Ştatlar Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir.

Bu barədə ABŞ Dövlət Departamentinin 1 mart tarixli bəyanatında deyilir.

Bildirilir ki, partiya 1997-ci ildən ABŞ-ın anti-terror siyahısındadır.

Türkiyə və bir sıra qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən PKK kürd muxtariyyəti yaratmaq niyyətindədir. Ankara bunu öz ərazi bütövlüyü üçün təhlükə kimi görür və PKK-nı terror təşkilatları sırasına aid edir.

PKK-nın fəaliyyəti Türkiyə ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Moldova və Yeni Zelandiyada da qadağan edilib.  (Report)