XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 10:13

Yaponiya baş naziri:"Trampın Şimali Koreyaya güzəştə getməmək barədə qərarını alqışlayırıq"

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə razılaşma əldə edilmədən sammiti dayandırmaq qərarını alqışlayıb.

Azərtac xəbər verir ki, Ş.Abe D.Trampla fevralın 28-də o, Şimali Koreya lideri Kim Çen In ilə görüşdən sonra “Air Force One” təyyarəsinin göyərtəsində geri dönərkən telefon vasitəsilə əlaqə saxlayıb.

Baş nazir jurnalistlərə ABŞ Prezidentinin onu sammitin yekunları barədə məlumatlandırdığını deyib.

Ş.Abe qeyd edib ki, Yaponiya D.Trampın güzəştə getmədən, konstruktiv danışıqları davam etdirərək Şimali Koreyanı konkret addımlar atmağa məcbur etmək qərarını müdafiə edir.

Baş nazir, həmçinin bildirib ki, D.Tramp fevralın 27-də Kim Çen In ilə təkbətək danışıqlar zamanı oğurlanmış yapon vətəndaşları məsələsini qaldırıb və bununla bağlı Ş.Abenin mövqeyini ona çatdırıb.

Baş nazir əlavə edib ki, artıq onun Kim Çen In ilə görüşünün vaxtı çatıb və o, bu görüşün tezliklə keçirilməsinə çalışacaq.