XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 10:46

BMT:"Son 20 ildə 53 milyon piyadaəleyhinə mina zərərsizləşdirilib"

Martın 1-də Minalar Əleyhinə Ottava Konvensiyasının qəbul edilməsinin 20 ili tamam olub. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, bu müddətdə 53 milyon piyadaəleyhinə mina zərərsizləşdirilib. Dünyanın 30-dan çox ölkəsində geniş ərazilər minalardan təmizlənibş Lakin bu təhlükəsli silah indi də bir çox ölkələrdə, xüsusən silahlı münaqişə zonalarında insanlara ölüm və şikəstlik gətirir.

Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, bu münasibətlə təşkilatın baş katibi Antonio Quterreşin yaydığı bəyanatda Konvensiyanın iştirakçı-dövlətlərinin dünyanı təhlükəli silahlardan xilas etmək qətiyyəti təqdir olunur, bu mühüm sənədə qoşulmayan ölkələrə də tezliklə qərar vermələri barədə çağırış edilir.

BMT-nin insan haqları üzrə Ali komissarı Mişel Baçeletin bəyanatında qeyd olunur ki, bu Konvensiyanın qəbul edilməsi sayəsində minlərlə insanı ölümdən və şikəst olmaqdan xilas etmək mümkün olub. Lakin son illər mina təhlükəsinə qarşı mübarizə zəifləyib və münaqişə zonalarında bu silahdan ölən və yaralananların sayı artmaqdadır. Hətta dünyanın ən sabit yeri olan Avropada da minalardan ölüm halları baş verir. 2014-cü ildə Ukraynanın şərqində iki mindən çox insan minaya düşərək həlak olub və yaralanıb. Bu gün minalanmış ərazilərdə 220 minə yaxın uşaq yaşayır.

BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilmiş iclasında çıxış edən təşkilatın fövqəladə yardım üzrə əlaqaləndiricisinin müavini Ursula Müller bildirib ki, dünyanın ən təhlükəli minalanmış ərazisi Ukraynanın şərq bölgəsidir. Onun sözlərinə görə, 20018-ci ildə burada 100 min dinc sakin minaya düşüb.

Azərbaycan da 164 ölkənin qoşulduğu Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) üzvüdür. Lakin ABŞ və Rusiya bugünədək həmin sənədi imzalamayıblar.