XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 14:55

Tramp Çin rəhbərliyinə müraciət edib- ABŞ kənd təsərrüfatı məhsullarına tariflərin ləğv olunmasını xahiş edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin rəhbərliyi ilə ticarət danışıqlarının yaxşı getdiyi üçün o, rəsmi Pekindən ABŞ-ın bütün kənd təsərrüfatı məhsullarına tariflərin dərhal ləğv olunmasını xahiş edib.

Prezident Tramp öz tvitter səhifəsində yazıb: “Mən Çindən bizim bütün kənd təsərrüfatı məhsullarına, o cümlədən mal əti, donuz əti və başqa məhsullara tariflərin dərhal ləğv olunmasını xahiş etdim, çünki ticarətə dair diskussiyalarımız yaxşı gedir”.

Azərtac xəbər verir ki, əvvəlcə tariflərin yanvarın 1-dən etibarən 10 faizdən 25 faizə qaldırılması nəzərdə tutulurdu, lakin Tramp administrasiyası Çin rəhbəri Cinpin ilə səmərəli danışıqlardan sonra bu prosesin 90 gün müddətinə dayandırılmasını qərara alıb. Tramp bazar günü deyib ki, danışıqlarda irəliləyişi nəzərə alaraq tariflərin artırılmasını yenə ləngidəcək.