XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 14:40

Prezidentliyə namizəd:"Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edəcəyəm"

“Əgər prezident olsam, Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edəcəyəm”.

Bunu “Novoye vremya” portalına müsahibəsində Ukrayna prezidentliyinə namizəd Anatoli Qriçenko deyib.

“Əgər Saakaşvili Ukraynaya geri qayıtmaq istəsə, mən onun Ukrayna vətəndaşlığını bərpa edəcəyəm. Hesab edirəm ki, onunla çox kobud, qanunsuz davranılıb. Yenə qeyd edirəm ki, hər şey Saakaşvilinin istəyindən asılı olacaq” – deyə o, bildirib.

Qeyd edək ki, Saakaşvilinin Ukrayna Prezidenti Pyotr Poroşenko ilə münasibətləri gərginləşdikdən sonra ukraynalı lider onu 2017-ci ildə vətəndaşlıqdan məhrum edib/Axar.az.