XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 20:47

Yunanıstanın Baş naziri Şimali Makedoniyaya səfər edəcək- İlk dəfə

Yunanıstanın Baş naziri Aleksis Tsipras qarşıdakı aylarda Şimali Makedoniyaya səfər edəcəyinı deyib.

Bu, Yunanıstanın Baş nazirinin Şimali Makedoniyaya ilk səfəri olacaq. Baş nazir “Delfi” iqtisadiyyat forumunda qeyd edib ki, onun üçün bu illər ərzində ən çətin məsələ hər iki ölkəyə 30 ildir ziyan gətirən Şimali Makedoniyanın adı ilə bağlı narazılıqların aradan qaldırılması idi.

A.Tsipras vurğulayıb ki, iyunun 17-də imzalanan Prespa sazişi Balkanlarda sülhün, dostluğun, həmrəyliyin, əməkdaşlığın nümunəsidir. Baş nazir diqqətə çatdırıb ki, hər iki ölkə Ali Şura çağıraraq əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2018-ci il iyunun 17-də Prespa gölünün sahilində iki ölkə arasında Makedoniyanın adının Şimali Makedoniyaya dəyişdirilməsi ilə bağlı saziş imzalanıb. Saziş Şimali Makedoniyanın NATO-ya və Avropa İttifaqına daxil olmasına şərait yaradıb(azərtac).