XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 22:34

Estoniyalıların dörddə birindən çoxu parlament seçkilərində internet vasitəsilə iştirak edib

Estoniyada parlament seçkilərində səs verəcək vətəndaşların dörddəbir hissəsindən çoxu internet vasitəsilə seçimini edib.

Azərtac Estoniya Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, elektron səsverməyə 900 min seçicidən 247 mini qatılıb.

2005-ci ildə Estoniya dünyada internet vasitəsilə seçki təklif edən ilk ölkə olub. 2015-ci ildəki seçkilərdə 176 mindən çox insan bu hüquqdan istifadə edib. Səs vermək üçün çip və ya virtual şəxsiyyət identifikasiya kartı kifayətdir.

Estoniyada keçirilən parlament seçkilərində ənənəvi səsvermə (seçki məntəqələrində) sabah, yəni martın 3-də keçiriləcək. Estoniya Parlamentinə – Rigikoguya 101 deputat seçiləcək. Partiyalar parlamentdə hüquq qazanmaq üçün 5 faizlik baryeri aşmalıdırlar.