Türkiyə PYD/YPG terrorçu qruplaşmasının ABŞ tərəfindən beynəlxalq terror təşkilatları siyahısına daxil ediləcəyinə ümid bəsləyir.
AZƏRTAC Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadla xəbər verir ki, bu barədə XİN-in sözçüsü Hami Aksoy açıqlama verib. Hami Aksoy bildirib ki, Türkiyə müttəfiqi ABŞ-dan belə bir qərar gözləyir.
ABŞ 1997-ci ildən bəri PKK-nı xarici terror təşkilatları siyahısına daxil edib. PYD/YPG terrorçu qruplaşmaları isə PKK-nın ən yaxın müttəfiqidir.