Parisdə keçirilən etiraz aksiyası zamanı 28 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinə istinadən BFMTV məlumat yayıb.
Şənbə günü etirazçılar “sarı jiletlilər” aksiyası çərçivəsində 16-cı dəfə Fransa şəhərlərinin küçələrinə çıxıblar.
Bildirilir ki, aksiyalarda bütün ölkə üzrə 40 minə yaxın insan iştirak edib.