“Cənubi Kipr Türkiyə ilə açıq qarşıdurmaya daxil olmayacaq”.
Eurasia Diary xəbər verir ki, bunu “Ekson Mobil” şirkətinin kəşfinə görə Ankaranın narahat olub-olmamasına cavab verən Cənubi Kipr xarici işlər naziri Nikos Xristodulides deyib. “Türkiyənin bölgədəki hadisələri Kipr probleminin həllinə vəsilə olacaq şəkildə şərh edəcəyinə ümid edirik. Bu o deməkdir ki, Türkiyə bu olaylardan regional və ya Avropa Birliyi ilə işbirliyi şəklində fayda əldə edə bilər”, – deyə bildirib.
Qeyd edək ki, iki gün əvvəl “Ekson Mobil” şirkəti Cənubi Kiprin xüsusi iqtisadi zonasının 10-cu blokunda böyük təbii qaz yatağı aşkar edib.