XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2019 - 11:29

Parlamentin iclaslarında iştirak etməyən deputatlar cəzalandırılacaqlar –Bolqarstanda

Bolqarıstan parlamentinin hüquq komissiyası üzrlü səbəb olmadan parlamentin iclasında ardıcıl 3 dəfə iştirak etməyən və ya ay ərzində 5 dəfə iştirak etməyən deputatları əməkhaqqından məhrum etmək, təmsilçilik xərclərini azaltmaq kimi cəzaların tətbiqini irəli sürüb.

Strateq.az Azərtac-a istinadən bildirir ki, eyni zamanda, iştirak etmədikləri günlər onların əmək stajına əlavə olunmayacaq. İrəli sürülən təklif deputatların çoxu tərəfindən bəyənilib və səs çoxluğu ilə qəbul olunub. Bununla da Bolqarıstan parlamentində deputatların iştirak qaydaları dəyişdirilib.