XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2019 - 14:55

Putin Qorbaçovu təbrik edib –Eks prezidenti “nufuzlu dövlət xadimi” adlandırdı

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu ad günü münasibəti ilə təbrik edib. 

ONA-nın xəbərinə görə, müvafiq təbrik teleqramı Kremlin saytında dərc olunub. Putinin sözlərinə görə, Qorbaçov ölkədə və xaricdə nüfuzlu dövlət xadimi kimi tanınır. Teleqramda onun hazırda da ekspert kimi müasir dövrün problemlərinə dair müzakirələrdə iştirak etdiyi bildirilib.  Rusiya prezidenti teleqramın sonunda Qorbaçova can sağlığı və ruh yüksəkliyi arzulayıb.

Qeyd edək ki, martın 2-də SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun 88 yaşı tamam olub.