XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2019 - 17:46

Üç dəfə ardıcıl seçilən deputatın seçkilərə qatılması qadağan edildi –İranda

İranda 3 dəfə ardıcıl olaraq deputat seçilmiş şəxslərin növbəti parlament seçkilərinə namizədliyi qadağan olunub.

Trend-in məlumatına görə, İran parlamentinin deputatları bu gün ardıcıl 5 dəfə deputat seçilən Hüseyn Əmiri Xamkaninin əlaqədar təklifini araşdırıb və təsdiqləyiblər. Qərara əsasən 3 dəfə deputat seçilən şəxslər bir tur seçkilərə qatıla bilməyəcək və növbəti seçkilərdə namizədliyini irəli sürə bilər.

5 dəfə ardıcıl deputat seçilən Məhəmməd Rza Tabeş bu qərarın qanunvericilik sahəsində gənclərə fürsətin verilməsinə gətirib çıxaracağını deyib.