ABŞ-ın demokrat senatoru, 2020-ci il prezident seçkilərində namizədliyini irəli sürən Berni Sanders Demokrat partiyasının vahid namizədi olacağına və hazırkı prezident Donald Trampa qalib gələcəyinə əmin olduğunu bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, minlərlə tərəfdarı qarşısında şövqə gələn Berni Sanders onlara “həm Demokrat partiyasının namizədinin qalib olması, həm də Birləşmiş Ştatlar tarixində ən təhlükəli prezident olan Donald Trampın məğlubiyyəti üçün aparılacaq kampaniyanın iştirakçısı olduqları üçün” təşəkkür edib.
Amerikalı senator onun kimi düşünən insanların köməyi ilə ölkəni yenidən quracağına, iqtisadiyyatı düzəldəcəyinə, həmçinin əhalinin 1%-lik zəngin kəsimi üçün deyil, bütün xalqa işləyəcək hokuməti formalaşdıracağına söz verib.
Xatırladaq ki, Berni Sanders 2016-cı il seçkilərində Demokrat partiyası daxilində Hillari Klintonun rəqibi olmuş, lakin yarışmada ona uduzmuşdu.
Berni Sanders Dmeokrat partiyasının sol qanadının lideri hesab olunur.