XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2019 - 23:08

Əlcəzairin paytaxtında metro bağlandı –Kütləvi etiraz aksiyalarına görə

Əlcəzairin paytaxtında etiraz aksiyalarının miqyası artır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, mərkəzi meydanlarda və küçələrdə etirazçıların sayı durmadan artır. Ən böyük mitinqlərdən birinin keçirildiyi Oden meydanında hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılır.

Bildirilir ki, şəhərdə müvəqqəti olaraq metro fəaliyyətini dayandırıb. Polis əməkdaşları etirazçıların prezident administrasiyasına yaxınlaşmasının qarşısı almaq üçün əsas küçələri bağlayır. Küçə aksiyaları həmçinin Oran, Annaba, Tlemsen, Mostaqanem, Skikda, Tizi-Uzu, Quelma, Tiaret, Uarqla, Buira, Borc-Bu-Arreric, Um-əl-Buaqi, Maskara və bir neçə digər şəhərlərdə keçirilir.