XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2019 - 09:10

Tramp Kim Çen Inla görüşü niyə yarımçıq tərk edib? –Şimali Koreya gizli zavodu bağlamaqdan imtina edib

ABŞ və Şimali Koreya prezidentlərinin Vyetnam görüşünün uğursuz olmasına səbəb Kim Çen Inın uran zəngiləşdirilməsi ilə bağlı gizli zavodu bağlamaqdan imtina etməsi olub.

Bunu Britaniyanın “Sunday Times” qəzeti yazıb. Nəşrin məlumatına görə, ABŞ-ın nümayəndə heyəti Hanoy görüşündə Şimali Koreyanın nümayəndə heyətinə bildirib ki, ABŞ kəşfiyyatı Pxenyanın yaxınlığındakı “Kanqson” obyektindən xəbərdardır.

Məlumata görə, ABŞ prezidenti Donald Tramp Şimali Koreya prezidenti Kim Çen Indan zavodun ləğvini tələb edib, amma o bundan imtina edib. Qəzetin yazdığına görə bundan sonra danışıqlar vaxtından əvvəl yekunlaşdırılıb.

Məlumatlara görə ABŞ həmin obyekti, peykdən çəkilmiş şəkilləri analiz etdikdən sonra tapıb. Bu obyekt Cxollima şəhərində yerləşir. Həmin zavodun mövcudluğu barədə bundan əvvəl də məlumat verilirdi.

Donald Tramp da Hanoy görüşündən sonra deyib ki, Kim Çen In nüvə silahından imtina əvəzində ABŞ-ın ona qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğvini tələb etdiyinə görə,görüşü tərk etməli olub. Amma buna baxmayaraq ABŞ rəhbərliyi danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.

ABŞ-la Cənubi Koreya martın 3-də bəyan ediblər ki, Pxenyanla danışıqların bərpasına şərait yaradılması üçün builki irimiqyaslı hərbi təlimləri təxirə salıblar.

(Azadlıq radiosu)