XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2019 - 10:28

Pakistanın Baş nazirinə Nobel mükafatı veriləcək? –Petisiyanı 300 min nəfər imzalayıb

Dünyada və regionda sülhün və sabitliyin qorunması sahəsindəki xidmətlərinə görə Pakistanın Baş naziri İmran Xana 2020-ci ildə Nobel sülh mükafatı verilməsi ilə bağlı yaradılan iki petisiyanı 300 min nəfər imzalayıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, İmran Xanın bu günlərdə Pakistan hərbçiləri tərəfindən mübahisəli ərazi olan Kəşmir üzərində uçuşlar keçirərkən vurulan və sağ ələ keçən indus pilotunun azad etilməsi haqqında qərarı xoş məramdan xəbər verir.

Materialda bildirilir ki, bundan başqa İmran Xan Pakistan-Hindistan, Əfqanıstan-ABŞ, Yaxın Şərqdə, o cümlədən Asiya regionunda möhkəm sülhün və sabitliyin yaradılması, dialoqun aparılması istiqamətindəki danılmaz xidmətlərinə görə bu mükafata layiqdir.