XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2019 - 12:06

Ermənistanda bloqeri zibil qutusuna atmaq istəyiblər –Hökuməti tənqid etdiyi üçün

Ermənistanda hökuməti tənqid edən bloqeri zibil konteynerinə atmaq istəyiblər. “Facebook” sosial şəbəkəsində Nikol Paşinyanın siyasətini və onun tərəfdarlarını tənqid edən “Adekvad” səhifəsində videomateriallar yerləşdirən bloqer Narek Malyan hökumətin himayə etdiyi “Restart” hərəkatının üzvlərinin hücumuna məruz qalıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bloqer Malyan və onun həmkarı Artur Danielyan Yerevan Dövlət Universitetinin təcrübəli rektorunu nəyin bahasına olursa-olsun vəzifəsindən uzaqlaşdırmaq istəyən Paşinyan hökumətini mütəmadi olaraq sərt tənqid ediblər. Hökumətin tərəfdarlarından ibarət olan “Restart” üzvləri bloqerə qarşı törətdikləri xuliqanlığı inkar etməyərək bəyan ediblər ki, “zibil, məhz zibil konteynerində olmalıdır”.

Hökumətin himayə etdiyi xuliqanların bu hərəkətinin qarşısını post-patrul xidmətinin əməkdaşları alıblar. Faktla bağlı polis tərəfindən araşdırma aparılır. Bununla yanaşı, himayədarlarına arxalanan “Restart” üzvləri bloqerin zibil konteynerinə atılması cəhdinin videomaterialını sosial şəbəkələrdə yerləşdiriblər.

Sözügedən bloqerlər 2018-ci ilin oktyabrında da Maralik şəhərindəki aksiya zamanı hökumət tərəfdarlarının hücumuna məruz qalmışdılar.