XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2019 - 14:10

Pakistanın hava məkanında uçuşlara qadağanın müddəti yenə uzadıldı –Gərginlik davam edir

Pakistanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qadağanın müddətini daha bir sutka artırıb.

Beləliklə, Pakistanın hava məkanı saat 5 mart 08:00-dək (UTC) bağlı qalacaq.

Bununla belə, ölkənin 4 hava limanı (Peşəvər, Kvette, Kəraçi və İslamabad) əvvəlki kimi məhdud rejimdə kommersiya reyslərini qəbul edə və göndərə biləcək.

Xatırladaq ki, Pakistanın hava məkanı Hindistanla gərginlik səbəbindən təhlükəsizlik məqsədilə müvəqqəti bağlı elan olunub. Yeni Dehli və İslamabad arasında gərglinliyə səbəb isə fevralın 14-də Cammu və Kəşmirdə hind hərbçilərə hücum olub. 45 nəfərin öldüyü hadisəyə görə məsuliyyəti “Caiş-e-Məhəmməd” ekstremist qruplaşması öz üzərinə götürüb. (Trend.az)