Pakistan yüzlərlə ailəni Hindistanla sərhədyanı Azad Kəşmir bölgəsindən köçürüb.
Hökumət Kəşmirdə hüdud xəttində silahlı qarşıdurmanın dinc sakinlərə təhlükə yarada bilıəcəyindən ehtiyat edir.
Məlumata görə, rəsmi İslamabadın yaratdığı sığınacağa 200 pakistanlı ailə yerləşdirilib. Sığınacağa ərzaq, geyim və dərman vasitələri çatdırılıb.
Qeyd edək ki, fevralın 27-də Kəşmirdə vəziyyətyenidən gərginləşib. (Report)