XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

04 Mart 2019 - 15:22

ABŞ səfirliyi Qüdsdə fəaliyyətə  başladı –Dövlət Departamenti açıqlama yaydı

ABŞ-ın İsraildəki səfirliyi və Baş Konsulluğu martın 4-dən etibarən bir struktur,  ABŞ səfirliyi adı altında Qüdsdə fəaliyyət göstərməyə başlayır.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti yayıb. “Bu qərar diplomatiyamızın səmərəliliyini və məhsuldarlığını, səylərimizi artırmaq üçün qəbul edilib. Bu, ABŞ-ın Qüds, İordan çayının qərb sahili və ya Qəzza zolağı ilə bağlı siyasətinin dəyişməsi demək deyil. İsralilin Qüdsdə suverenliyinin konkret sərhədlərinin yekun statusu tərəflər arasında danışıqların predmetidir”, – Dövlət Departamentinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Dövlər Departamenti İsrail və Fələstinin işıqlı gələcəyinin təmini, davamlı və əhatəli sülhün əldə edilməsi üçün əvvəlki səylərini artıracaq. Xatırladaq ki, ABŞ 2018-ci ilin may ayında səfirliyini İsrailin paytaxtı Tel-Əvivdən Qüdsə köçürülüb.