XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2019 - 20:45

İranla Hollandiya arasında diplomatik qalmaqal –Səfir geri çağrılıb

İran hökuməti iki hollandiyalı diplomatı ölkədən deportasiya edib.

Oxu.az-ın xəbərinə görə, bu addım iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Deportasiyadan sonra Hollandiya Xarici İşlər Nazirliyi İrandakı səfiri geri çağırıb. Bununla bağlı Hollandiya XİN rəhbəri Stef Blok açıqlama verib. “Səfirimizi geri çağıraraq, Tehrandakı vəziyyəti müzakirə etmək qərarına gəldik. Qərar iki hollandiyalı səfirlik əməkdaşının deportasiya edilməsindən sonra verilib. Bu qərar qəbuledilməzdir”, – nazir deyib.

Qeyd edək ki, 2018-ci il iyulun 6-da Hollandiya İranın bu ölkədəki səfirliyinin iki əməkdaşını deportasiya etmişdi.