XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 00:05

Xuan Quaido Venesuelaya qayıdıb –Müxalifət liderini avropalı səfirlər müşayət edib

Venesuela müxalifətinin lideri Xuan Quaido öz “Twitter” səhifəsində Venesuelaya qayıtdığını elan edib.

O, hazırda öz sevimli torpağında olduğunu bildirib.

Quaidonun sözlərinə görə, o, hava limanından Karakasa getmək niyyətindədir.

“Infobae” portalının yazdığına görə, onu Fransa, Almaniya, Rumıniya, Niderland, Argentina və Braziliya səfirləri müşayiət ediblər.

Daha əvvəl Quaido martın 4-də Venesuelaya qayıdacağını bildirmişdi/Report.