XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 11:50

Makron Avropanın dirçəlişini vəd edib –Fransa prezidentindən yeni təkliflər

Fransa Prezidenti Emmanuel Makron yerli mətbuatda dərc olunmuş “Avropa dirçəlişi naminə” adlı çıxışında köhnə qitənin təsisatlarının dirçəlişinə çağırış edib.

Fransa Prezidentinin bununla Avropa Parlamentinin seçki kampaniyasına üç əsas prinsip – “azadlıq”, “müdafiə” və “tərəqqi” üzrə start verdiyi bildirilib.

Fransa Prezidenti çıxışında “Avropanın dirçəlişi”ni də vəd edib.

İnsanların azad hərəkəti ilə bağlı Şengen zonasına yenidən diqqətlə baxılmasının önəmini xatırladan E.Makron üzv dövlətlərin Avropanın daxili təhlükəsizlik Şurasının rəhbərliyi altında ümumi sərhəd polisinin yaradılması təklifini irəli sürüb. O, seçkilərin kiber hücumlardan və manipulyasiyalardan qorunması məqsədilə “Demokratiyaların müdafiəsi üçün Avropa Agentliyi”nin yaradılmasını, həmçinin Avropa siyasi partiyalarının “xarici böyük dövlətlər” tərəfindən maliyyələşdirilməsinin qadağan edilməsini təklif edib/Azərtac.