ABŞ-la Rusiya arasında bağlanan sazişə görə, bu gün Suriyada saat 00.00-dan sonra atəşkəs elan olunacaq. Yəni atəşkəsə bir neçə saat qalıb, Suriyadan isə bəd xəbərlər gəlir.
Strateq.az-ın Fransanın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, rus təyyarələri 2011-ci ildən bu yana görünməmiş səviyyədə Suriyanı bombalayır. Hədəflər arasında dini radikalizmdən uzaq müxaliflər də var.
Kremlin sözçüsü Dmitri Peskov bu məlumatı, guya, yalanlasa da, atəşkəs dövründə belə, İŞİD və Nusra cəhbəsini bombalayacaqlarını etiraf edib. Onun sözlərinə görə, bağlanan saziş bu qrupa şamil olunmur.