XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2019 - 14:35

Aleksandr Lukaşenko:"KTMT-də qeyri-sağlam ab-hava yaranıb"

Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında, o cümlədən bu quruma baş katib təyinatı ilə bağlı yaranmış qeyri-sağlam ab-havadan narahatlığını ifadə edib.

TASS xəbər verir ki, dövlət başçısı inteqrasiya qurumlarında iştirak etmək və Avropa qurumları ilə əməkdaşlıq məsələlərinə həsr olunan müşavirədə sözügedən mövzuya toxunub.

O deyib: “Dünyada hərbi-siyasi cərəyanlar nəzərə alınsa, bu qurumun zəruriliyi şübhə doğurmur. Amma hazırda KTMT ətrafında qeyri-sağlam vəziyyət yaranıb. Elə, təkcə baş katibin təyinatı məsələsini xatırlayın”.

Belarus Prezidenti diqqətə çatdırıb ki, dünyadakı ümumi hərbi-siyasi cərəyanlar nəzərə alınsa, əsas səylər göstəriləcək ən mühüm istiqamət KTMT çərçivəsində hərbi-siyasi əməkdaşlıqdır.

Report