XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2019 - 17:49

Lukaşenko Qərb və Rusiya arasında balans siyasətində danışdı:"Onlara düşmən kimi baxmamalıyıq”

Belarus Prezidenti Aleksandr Lukaşenka deyib ki, ölkəsi Rusiyayla Avropa Birliyi arasındakı qarşıdurmanın soyuğunu üstələməli, bunu xarici siyasətini Şərqlə Qərb arasında balanslaşdırmaqla etməlidir.

Lukaşenko martın 5-də Minskdə inteqrasiya məsələləri üzrə hökumətin iclasında çıxış edib. O deyib ki, ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi (AİB) və AB arasındakı nadir mövqeyi Belarusa üstünlük gətirməlidir:

“İdeal hal ssenarisi Belarusun xarici siyasətindəki şərq və qərb istiqamətləri arasında balans yaratmaqdır. Bu balans o zaman mümkün olar ki, AB bazarı bizdən ötrü Rusiya bazarına alternativə çevrilsin, təkcə kağız üzərində deyil, reallıqda”. O əlavə edib ki, Minsk NATO ilə qarşılıq sayqılı münasibətlərimizi də təkmilləşdirməlidir.

Lukaşenko NATO üzvləri olan Latviya, Litva və Polşanın Belarusla ümumi sərhədləri olduğunu, qonşu Ukraynanın isə “həvəslə” NATO üzvlüyünə doğru irəlilədiyini qeyd edərək, alyansın “bizə gərəkməyən müəyyən problem və qarşıdurma səbəbi” yaratdığını vurğulayıb. O, NATO ilə daha güclü əlaqələrin Belarusun təhlükəsizliyini gücləndirəcəyini söyləyib. “Onlarla danışmalıyıq. Onlara düşmən kimi baxmamalıyıq”.

Rusiyayla inteqrasiyaya gəlincə, Lukaşenko deyib ki, Belarus 1990-cı illərdə yaradılmış, amma kağız üzərində qalmış Rusiya-Belarus İttifaq Dövləti ideyasının inkişaf etdirilməsini tam dəstəkləyir.

Amma qeyd edib ki, belə bir ittifaq dövləti bərabər tərəfdaşlıq əsasında mümkündür.
Belarus Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür. Amma Lukaşenko bloku inkişaf etmədiyinə görə tənqid edib:

“Təəssüf ki, Avrasiya inteqrasiyasının əksi gedir… Mənə deyirlər ki, biznes qurumlarımıza əngəllər, baryerlər, məhdudiyyətlər var”. Amma keçmiş sovet respublikalarının Belarusun əsas idxalçıları olduğunu da sözlərinə əlavə edib.

“Burada Ukrayna və Gürcüstanı qeyd etmək istəyirəm, onlarla böyük həcmdə ticarətimiz və yaxşı münasibətlərimiz var”, – deyən Lukaşenko Kiyev və Tbilisinin Rusiyayla gərginlik yaşamasına baxmayaraq, Minskin onları dost saydığını vurğulayıb. Gürcüstan və Ukrayna AB və NATO-ya qoşulmaq niyyətlərini açıqlayıblar.

Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyıb. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib.

(Azadlıq radiosu)