XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 18:43

Rusiya-Tramp işbirliyində hansı qanunlar pozulub? –Müllerin təqdim edəcəyi dosyenin bəzi detalları açıqlanıb

Hazırda ABŞ-da xüsusi prokuror Robert Müller Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsini araşdırır. Hüquq ekspertləri isə Prezident Donald Trampın seçki kampaniyası ilə Rusiya arasında hansı kontaktların ABŞ-ın cinayət qanunvericiliyini pozduğunu müzakirə edirlər. “Reuters” agentiyinin əməkdaşı Jan Volf da bu məsələni araşdırıb.

ABŞ kəşfiyyat agentliklərinin qənaətinə görə, Rusiya Birləşmiş Ştatlarda narazılıq yaratmaq, Trampın demokratlardan opponenti Hillari Klintona ziyan vurmaq üçün üçün haker və propaqanda sxemindən istifadə edib. Müllerin istintaqı çərçivəsində Trampın kampaniyasının bir neçə üzvü təqsirini ya boynuna alıb, ya da məhkum olunub. Bu istintaq rusiyalılarla prezidentə yaxın şəxslər arasına saysız kontaktları üzə çıxarıb.

Mueller istintaqla bağlı hesabatını Baş prokuror Villyam Barra təqdim etməyə hazırlaşır. Trump və Rusiya isə hansısa əlbirliyi, Moskva seçkiyə hər hansı müdaxiləni rədd edir.

Trampın vəkili Rudi Culiani 2018-ci ilin iyulunda yazırdı ki, “sövdələşmə cinayət deyil”. Müxbir “sövdələşmə” adlı federal cinayətin olmadığını yazır. Amma kompüter hakerliyi cinayətdir. Yəni Trampın seçki kampaniyasının hansısa üzvü 2016-cı ildə Demokratik Milli Komitəsinin kompüterlərinə haker hücumuna razılıq verib, yaxud bunu həvəsləndiribsə, bu, əlbirlik cinayəti sayıla bilər. ABŞ rəsmiləri bildirirlər ki, Rusiya demokratların kompüterlərindən yazışmaları oğurlamaq üçün haker hücumu edib, daha sonra həmin yazışlamalar “WikiLeaks” vebsyatında yayılıb və məqsəd Klintona zərbə vurmaq olub.

Bundan başqa, Trampın seçki kampaniyasının Rusiyayla əlaqələri digər qanunları da poza bilər. Seçki kampaniyasına dair maliyyə qanunları əcnəbilərin ABŞ-da seçkilərə müdaxiləsini qadağan edir, prezidentliyə namizədlər xaricilərdən kampaniyaya töhfələr qəbul edə bilməzlər.

Demokratların haker hücumuna məruz qalmış emailləri də həmin kateqoriyaya aid edilə bilər, əlbəttə, əgər Müller rusiyalılarla Trampın kampaniyası arasında əlaqə aşkarlarsa. (azadliq.org)