XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 09:23

Vaşinqtondan Türkiyəyə açıq xəbərdarlıq:"Rusiyadan "S-400" alınsa, "Patriot" raketləri və F-35 təyyarələri satılmayacaq"

ABŞ Dövlət Departamenti bildirir ki, Türkiyəyə Rusiyadan raket müdafiə sistemi almaq planlarıyla bağlı xəbərdarlıq edib. Departamentin sözçüsü Robert Palladino martın 5-də deyib ki, Türkiyə Rusiyadan “S-400” sistemi alarsa, Vaşinqton onun qabaqcıl F-35 qırıcı təyyarə proqramına çıxışını yenidən nəzərdən keçirə bilər.

Bu açıqlamadan öncə, elə martın 5-də ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Curtis Scaparrotti Senatın Silahlı xidmətlər komitəsində oxşar fikir səsləndirib: “Bu, bütün təyyarələrimiz, özəlliklə F-35 üçün problem yaradır”.

ABŞ Türkiyəyə 100 son, beşinci nəsil F-35 qırıcısı satmağa razılaşsa da, indiyədək yalnız ikisini çatdırıb. Konqres ötən il təyyarələrin satışını dayandırıb. Vaşinqton onu da bildirib ki, Türkiyəyə “Patriot” raket müdafiə sistemi satmaq təklifini geri götürə bilər.

Rusiya mediasının ötən ay yazmasına görə, Türkiyə 2,5 milyard dollara dörd “S-400” komplekti almaq istəyir. NATO və ABŞ rəsmiləri ondan narahatdır ki, Türkiyənin Rusiya sistemi əldə etməsi ona məxfi NATO texnologiyasına çıxış vermiş olar. (azadliq.org)