XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

06 Mart 2019 - 10:54

Həbsdəki sabiq prezident sərbəst buraxılıb- Girov müqabilində

Seul məhkəməsi Cənubi Koreyanın həbsdə olan sabiq prezidenti Li Myun-bakın girov müqabilində sərbəst buraxılmasına qərar verib.

Azərtac “Yonhap” agentliyinə istinadla xəbər verir ki, 2008-2013-cü illərdə ölkənin prezidenti olmuş Li Myun-bak ötən ilin martında məhkəmənin qərarı ilə 12 maddə üzrə, o cümlədən korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli hesab edilərək saxlanılmışdı. Məhkəmənin gedişində müəyyən edilib ki, sabiq prezident qardaşının adına olan avtomobil ehtiyat hissələri şirkətinin əsl sahibi olub. O, şirkətinin daha çox mənfəət əldə etməsi üçün ölkə prezidenti mövqeyindən sui-istifadə edib. Bundan başqa, keçmiş dövlət başçısının “Samsung” şirkətindən 5,9 milyard von (5,2 milyon ABŞ dolları) rüşvət aldığı təsdiqlənib. Oktyabrda məhkəmənin yekun iclasında Li Myun-bakın 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan olunub.

Sabiq prezident səhhətini və digər səbəbləri əsas göstərərək girov müqabilində sərbəst buraxılmasını xahiş etmişdi. Seul yüksək məhkəməsi onun bu istəyini yerinə yetirib.