XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 12:05

Vatikan Roma Papası XII Piyin dövrünə aidgizli arxivləri açacaq

Papa Fransisk İkinci Dünya müharibəsi dövründə Roma Papası olan XII Piylə bağlı olan arxivləri gələn il martın 2-də tədqiqatçılar üçün açacağını bəyan edib.

Azərtac İtaliyanın “ilmessaggero.it” saytına istinadla xəbər verir ki, yəhudi təşkilatlarının nümayəndələri pontifik XII Piyi 6 milyon yəhudinin kütləvi şəkildə məhv edildiyi Holokost faciəsinə göz yummasına görə qınayırlar.

Buna cavab olaraq Vatikandan olan tərəfdarlar XII Piyin nasistlər tərəfindən işğal edilən Avropada katoliklər üçün vəziyyəti ağırlaşdırmamaqdan ötrü gizli kömək etdiyini bildirirlər.

“Kilsə tarixdən qorxmur, əksinə onu sevir”, – deyə Papa Frensisk Vatikan gizli arxivinin rəsmi şəxslərini qəbul edərkən söyləyib.

Qeyd edilib ki, ötən şənbə günü Roma Papası XII Piyin katolik kilsəsinə rəhbərlik etməsi üçün seçilməsinin 80 illiyi tamam olub. O, 1939-cu ildən 1958-ci ilədək Papa olub.